Mingəçevirdə 2 həftə sonra toyu olacaq qızın meyiti tapılıb.
Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, hadisə Günəşli Bağlar adlanan ərazidə baş verib.
2006-cı il təvəllüdlü Ləman Bayramovanın qız toyu olub. Noyabrın 1-də isə oğlan toyu olacaqmış.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma başlanıb.














