193 mindən çox şəxsə pensiya və müavinət ödənilib

2024-cü ilin may ayında ailə başçısını itirməyə görə 193 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan Globalinfo.az-a verilən xəbərə görə, onlardan 134 min nəfərdən çox şəxs pensiya, 58 min nəfərdən çox şəxs isə müavinət alıb.