“Gürcüstan hökuməti 1921-ci il ssenarisinin təkrarlanmasına imkan vermədi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İraklı Kaboxidze deyib.
“Gürcüstan hökuməti ölkəmizdə sülhün və ölkənin təhlükəsizliyinin qorunması üçün hər şeyi edib. Gürcüstanda ikinci cəbhənin açılması üçün böyük səylər göstərilməsinə baxmayaraq, biz bu mübarizədə uğur qazandıq”, – o qeyd edib.
Kobaxidze bildirib ki, “birbaşa tələblər, çağırışlar, radikal müxalifətlə birbaşa koordinasiya” olub, lakin hökumətin sayəsində Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı.
Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib. Həmin tarix Gürcüstanda Sovet işğalı günü kimi qeyd edilir.
Safura Bənnayeva
Globalinfo.az














