19 ukraynalı sərhədçi Rusiya əsirliyindən azad olundu

 

19 ukraynalı sərhədçi Rusiya əsirliyindən azad olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərəhd Xidmətinin “Telegarm” hesabında məlumat verilib.

“Uzun aylar davam edən rus əsirliyi arxada qaldı. 19 sərhədçi evə qayıdıb. Onları tibbi müayinə və reabilitasiya gözləyir. Amma əsas odur ki, onlar sağdırlar və evdədirlər”, – məlumatda deyilir.