pasinyan putin 900x675 1

“Hakimiyyət kulislərində Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri narahatlıqla müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, iyulun 6-da Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirak edən Nikol Paşinyan bu səfərə özü təşəbbüs göstərsə də, Moskvanı razı sala və ictimaiyyət qarşısında ixracla bağlı verdiyi vədi yerinə yetirə bilməyib.

“Seçkilərdən əvvəl o, əminliklə bildirirdi ki, Moskvaya gedəcək və bir neçə gün ərzində bütün məsələlər öz həllini tapacaq. Paşinyan Rusiyaya getsə də, xüsusilə ixracla bağlı heç bir problem həll olunmayıb. Rusiya tərəfi onu soyuqqanlı şəkildə dinləyib və əvvəlki cavabını təkrarlayıb: “Məhsullarınız bizim bazarın tələblərinə uyğun deyil”.

Əslində isə aydındır ki, Paşinyana Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında konkret seçim etməsi üçün təzyiq göstərilir. Onları nə Samvel Karapetyanın, nə də Qaqik Sarukyanın taleyi maraqlandırır. Tələb yalnız birdir: TRIPP layihəsindən imtina etmək və Avropa İttifaqı ilə “oyun oynamaqdan” əl çəkmək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: