Trampa zəhərli məktub göndərən qadınla bağlı qərar – 22 il həbs cəzası

ABŞ-da kanadalı qadın 56 yaşlı Paskal Ferrier ABŞ-ın keçmiş prezidenti Donald Trampa zəhərli məktub göndərdiyinə görə 262 ay həbs cəzasına məhkum edilib.

Globalinfo.az xəbər verir ki, o 21 il 10 ay həbs cəzasına məhkum edilib.

Bildirilib ki, cəzasını çəkdikdən sonra Ferrier ABŞ-dən deportasiya olunacaq və geri qayıdarsa, ömürlük həbs olunacaq.

Qeyd edək ki, Paskal Feryer 2020-ci ilin sentyabrında Kanadanın Kvebek şəhərindəki evində çox zəhərli gənəgərçək yağı hazırladığını etiraf edib. Zəhərli məktubda o, Trampdan qarşıdan gələn seçkilərdə iştirakdan imtina etməyi tələb edib, onu hədələyib və onu “çirkin təlxək tiran” adlandırıb.

Məktub Ağ Evə çatmazdan əvvəl çeşidləmə müəssisəsində ələ keçirilib.