Avropa ölkələri Rusiyadan gələn təhdidlərə qarşı vahid ordu yaratmayacaqlar.
Globalinfo.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“Biz bu terminlə ehtiyatlı olmalıyıq, ona görə ki insanlar fərqli şeylər anlayırlar. Əgər milli orduların birləşəcəyini düşünürsünüzsə, bu baş verməyəcək. Lakin mən Avropanın öz müdafiə potensialını artırmasının tərəfdarıyam” – deyə o bildirib.
Nazir ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsinin nəzərdən keçirilmədiyini deyib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fonundan Avropa ordusunun yaradılması təklifi ilə Volodimir Zelenski çıxış edib. Bu fikir bir çox ölkələr tərəfindən dəstəklənsə də xüsusilə Şərqi Avropa ölkələri buna qarşı çıxırlar.