Pul mükafatı məsələsi aranı qatdı – Komitə siyahı yaydı

“Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı bəzi saytlarda qərəzli və böhtan xarakterli informasiya yayılıb. Məlum olduğu kimi, cari ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib. Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb”.

Bu barədə Globalinfo.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar:

“Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır. Təəssüflə bildiririk ki, bəzi mətbuat nümayənədləri hər hansı bir məlumatı yaymazdan əvvəl onu müvafiq qurumdan dəqiqləşdirmək istəmirlər. Beləliklə də, məlumat qeyri-ciddi təsir bağışlayır və acı gülüş doğurur. Bu cür yanaşma jurnalistika etikasından uzaq və öz peşəsinə hörmətsizlikdir. Özünü ciddi hesab edən media orqanı həmin jurnalistlərin adını yazmalı və ən azından bunun səbəbini araşdırmalı idi. Böhtan xarakterli məlumat yaymaqla Dövlət Komitəsinin fəaliyyətinə kölgə salmağa cəhd etməməli idi. Tövsiyə edirik ki, “əziyyət” də olsa pul mükafatını ala bilməyən jurnalistlərlə əlaqə saxlasınlar. Bu cür məlumatları yayanlar özləri qara şou yaratmaqla məşğuldurlar”.

Mükafat alan və almayan şəxslərin siyahısını təqdim edirik:

Pul mükafatını alan jurnalistlər:

Tərgül Ağayeva, Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samirə Abdullayeva – “Report” İnformasiya Agentliyi

Yeganə Quliyeva – Teleqraf.com

Aytən Abdulova – Azərbaycan Televiziyası

Sayad Həsənli – Oxu.az

Pərviz İsmayılov – “Yeni Azərbaycan” qəzeti

Mirmahmud Kazımov – “Report” İnformasiya Agentliyi

İlkin Nəcəfzadə – Azvision.az

Seymur Əliyev – Moderator.az

İsgəndər Həsənov – “525-ci qəzet”

Aqil Bəkir – “Yeniçağ” İnformasiya Agentliyi

Pul mükafatını almayan jurnalistlər:

Cavid Əkbərov – “İki sahil” qəzeti

Elçin Bayramlı – “Səs” qəzeti

Günay Elşadqızı – APA

Elçin Mehdiyev – Trend İnformasiya Agentliyi

Zaira Akifqızı
Globalinfo.az