
ABŞ Prezidenti Cozef Baydenin İsrail Prezidenti İsaak Hersoqla görüşü zamanı yuxulaması müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, prezidentlər görüş zamanı iki ölkə arasındakı əlaqələr və bir sıra məsələləri müzakirə ediblər.
Daha sonra Bayden gözlərini yumaraq asta-asta danışmağa başlayıb. Həmin an İsrail Prezidenti nə baş verdiyini anlamayaraq təəccüblü şəkildə ətrafa boylanmağa başlayıb.
Bunun Baydenin səhhətindəki problemlə əlaqəli olduğu bildirilir.
Görüntüləri təqdim edirik:
Ayşən Mustafa
Globalinfo.az














