Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, məsələ hazırda müzakirə edilir:
“Mövzu gündəmdədir, tarix dəqiqləşdirilir. İndi Rusiya-Çin arasında münasibətlərin tempini inkişaf etdirmək üçün yaxşı məqamdır. Hətta Çin prezidentinin bu yaxınlarda Moskvaya səfəri zamanı da Pekində yüksək səviyyəli görüşün planlaşdırıldığı deyilmişdi. Səfər tarixi dəqiqləşdiyi zaman məlumat veriləcək”.
Tahir Turan
Globalinfo.az














