14 yaşlı oğlan çayda batdı: axtarışlara başlanıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Gəncəçayda 14 yaşlı oğlanın meyiti aşkarlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin çayda boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, mərhumun yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.