İrəvan “alternativ” axtarsa, ərazi itkisi qaçılmaz olacaq

İrəvan "alternativ" axtarsa, ərazi itkisi qaçılmaz olacaq

“İyulun 21-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri növbəti dəfə görüşəcək. Bu görüşdə Nikol Paşinyan Azərbaycanın şərtləri ilə razılaşa bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Avropa Birliyinin vasitəçiliyi ilə keçiriləcək görüşdə sülh müqaviləsinin detalları və danışıqlar prosesində olan fikir ayrılıqları müzakirə ediləcək:

“Brüssel görüşündə Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılması da müzakirə ediləcək. Əgər Brüsseldə Ermənistan baş naziri öz mövqeyindən geri çəkilməsə, Azərbaycan Qarabağda “Qisas-3” əməliyyatlarına başlaya bilər.

Ermənistan ordusu təxribat törətdiyi təqdirdə isə şərti sərhəddə yeni strateji mövqelərin nəzarətə götürülməsi mümkündür. İrəvanın alternativ axtarışı yeni strateji ərazilər itirməsi ilə nəticələnəcək”.

Zaira Akifqızı
Globalinfo.az