Paşinyan Xankəndi haqda məşhur fikrini təkrarladı

“Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatı üçün Bakı ilə Xankəndi arasında dialoq son dərəcədə vacibdir, bu istiqamətdə konkret addımların atılmasına ümid edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“İndiki məqamda sərhəddə demarkasiya işlərinə başlamaq lazımdır. Ermənistan ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi prinsiplərinə əsaslanaraq regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına hazırdır. Hər şeyə rəğmən, Azərbaycanla münasibətlərin normallaşması və sülhün əldə olunması istiqamətində işləri davam etdirməliyik”, – Paşinyan bildirib.

Qeyd edək ki, rəsmi Bakı Xankəndidəki heç biri oyuncaq rejimi tərəf kimi tanımadığını daha əvvəl dəfələrlə bəyan edib.

Ayşən Mustafa
Globalinfo.az