Həmin vaxt sülh olacaqdı, qırılma anı hər şeyi dəyişdi – Metyu Brayza

Beynəlxalq ekspert, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza sülh danışıqları ilə bağlı Globalinfo.az-a açıqlama verib.

O, sülh sazişinin tezliklə imzalanacağını deyib:

“Düşünürəm ki, Avropa Şurası sədri Şarl Mişel və ABŞ-ın dövlət katibi Entoni Blinkenin ev sahibliyi etdikləri son görüşlərdən əldə olunan müsbət dinamika davam edərsə, tezliklə sülh sazişi imzalana bilər. Fransa lideri Makronu müzakirələrdən kənarda saxlamaq da prosesə müsbət təsir edəcək”.

M.Brayza vurğulayıb ki, sülh müqaviləsi hələ 1998-99-cu illərdə imzalana bilərdi:

“Davamlı tərəqqi üçün ən ciddi təhlükə 1999-cu ildə Ermənistan parlamentində ovaxtkı baş nazir Sərkisyanın öldürülməsi, eləcə də keçmiş prezident Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən radikal erməni millətçiliyi oldu. Yəni 1998-ci ildə həmin iki erməni liderin də Azərbaycan Prezidenti Heydər Əliyevlə güzəştə getməyə hazır olduqları məqamlar vardı”.

Zaira Akifqızı
Globalinfo.az