160924 44 M%C9%99sud Pezeskian

İran Prezidenti Məsud Pezeşkian 12 günlük münaqişə zamanı İsrailin hava hücumu nəticəsində ayağından yaralanıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“İnsident iyunun 16-da baş verib. Həmin vaxt Tehrandakı binalardan birinin zirzəmisində yüksək rütbəli məmurların görüşü keçirilirdi. İsrail əsgərləri binanın giriş və çıxışlarına 6 ədəd idarə olunan raket zərbəsi endiriblər. Hücum nəticəsində görüş iştirakçılarının bəziləri, o cümlədən Pezeşkian təxliyə zamanı yüngül xəsarət alıb. İsrailin zərbəsi “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrullahın sui-qəsdinə bənzər şəkildə həyata keçirilib”, – deyə bildirilib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək əməliyyata başlayıb. İyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələrə qoşulub. 12 günlük müharibə atəşkəslə bitib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: