Bu ölkə MDB-dən çıxmaq prosesini başladır

“Moldovaya MDB-də yaxşı heç nə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

O, Moldovanın bundan sonra MDB sammitlərini qəbul etməyəcəyini bildirib. Sandu həmçinin Moldovanın təşkilatda təmsil olunan ölkələrlə əməkdaşlığa hazır olduğunu, amma bunun üçün ilk növbədə qarşılıqlı hörmətin olması gərəkdiyini söyləyib:

“Enerji şantajının, təbliğatın olduğu və Rusiyanın bizim suverenliyimizə hörmət etmədiyi yerdə biz vətəndaşlarımızın maraqlarını rəhbər tutmalıyıq”.

Qeyd edək ki, Sandu bundan öncə ölkəsinin MDB-dən ayrılmaq niyyətində olduğunu açıqlamışdı.