100-dən çox insanın həyatını itirdiyi binaların podratçısı həbs edildi

100-dən çox insanın həyatını itirdiyi binaların podratçısı həbs edildi

Adıyaman vilayətində çox sayda insanın həyatını itirdiyi binaların podratçısı Yasin Akbaş həbs edilib.

Globalinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şübhəli haqda Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.

3 obyektin podratçısı olan Yasin Akbaş İstanbulda tutularaq saxlanılıb.

Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmada nəzarətə alınan şübhəli, gətirildiyi məhkəmə tərəfindən tutularaq təcridxanaya təhvil verilib.