10 min ukraynalı təhlükədədir: Strateji bölgə üçün anons verildi

10 min ukraynalı təhlükədədir: Strateji bölgə üçün anons verildi

“Rusiya ordusunun Kurskda cəbhə xəttini yarıb əsas təchizat bölgəsi boyunca iki istiqamətdə irəliləməsindən sonra 10 min Ukrayna əsgəri mühasirəyə düşmək təhlükəsi ilə üzləşib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin adı açıqlanmayan mənbəsinin sözlərinə görə, Ukrayna daha çox itki verməmək üçün qoşunlarını Kurskdan çıxarmaq imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Rusiya ordusu Suca şəhəri istiqamətində müdafiə xəttini yara bilib. Bu ərazi Ukraynanın keçən ilin yayında Kurska ani hücumu zamanı ələ keçirilib və Kiyevə gözlənilən atəşkəs danışıqlarında müəyyən üstünlüklər qazandırır.

Əliyar Xəlil
Globalinfo.az