Əsgərdən anasını itirən uşağa sürpriz – VİDEO

Türkiyədə zəlzələ baş verən bölgələrdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu işlərə cəlb edilən mehmetçiklərdən birinin davranışı duyğulu anlar yaşadıb.

Belə ki, o, dağıntılar altında anasını itirən Ayşegül adlı 8 yaşlı qızın ad gününü kekslərin ortasına şam qoyaraq təbrik edib.

Uşağın üzündə bəlkə də zəlzələdən sonra ilk gülüşə səbəb olan həmin təsirli görüntüləri təqdim edirik: