Ərdoğandan azyaşlı qıza sürpriz – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepin İslahiye rayonunda qurulan çadır şəhərciyində zəlzələdən zərərçəkənləri ziyarət edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  MHP sədri Dövlət Baxçalı ilə birgə ailələri ziyarət edən Ərdoğan doğum günü olan İpək adlı qızı təbrik edib, ona hədiyyələr təqdim edib.