Əli Əsədov Fuad Oqtaya başsağlığı verdi

 

Əli Əsədov Fuad Oqtaya başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuad Oqtaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidenti F.Oqtaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.