Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Salome Zurabişvili Konstitusiyanı pozduqdan sonra faktiki olaraq Gürcüstanın Prezidenti deyil:
“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinin legitimliyini ona qarşı iddia qaldıranda tanıyıb. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Salome Zurabişvilinin prezident postunu formal olaraq qoruyub saxlamasının yeganə səbəbi (müxalif) “Milli Hərəkat”ı dəstəkmələsidir”.