Zurabişvili əfv sərəncamı imzaladı – Siyahıda Saakaşvili varmı?

Gürcüstan prezidenti Salome Zurabişvili əfv sərəncamı imzalayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Gürcüstan lideri 11 məhbusu bağışlayıb. Onlardan 10 nəfərin cəzası tamamilə ləğv edilib, bir nəfərin isə cəzası azaldılıb.

Bağışlananlar arasında eks-prezident Mixail Saakaşvili yoxdur.