Zukerberq mal-qara yetişdirəcək, heyvanlara pivə içirdəcək – FOTO

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq heyvandarlıqla məşğul olmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Sahibkar Havaydakı fermasında mal-qara bəsləyir. Heyvanların rasionuna pivə də daxildir. İçkinin özü də iş adamının fermasında istehsal olunur.

Zukerberq vaqyu və anqus cinsli inəkləri yetişdirməyi planlaşdırır. O, mal ətinin dünyada ən yüksək keyfiyyətli olmasını istəyir.

Qeyd edək ki, Zukerberqin Havayda təxminən 607 hektarlıq ərazisi var. Burada o, həm də yeraltı bunker tikir.