Zuğulba çimərliyi yenidən hasarlanır – VİDEO

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan ərazidə çimərlik hasarlanır.

Globalinfo.az bildirir ki, bu barədə baku.vs-ə qəsəbə sakini məlumat verib.

İddiaya görə, çimərliyin hasarlanmasına mayın 25-i, gecə saat 00-dan etibarən başlanılıb.

Qeyd edək ki, ötən il ölkə prezidenti sözügedən ərazilərdə dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdi. Nəticədə qanunsuz obyektlər və hasarlanmalar sökülmüşdü.