Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edildi

Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Z.Əsgərovun 60 yaşı tamam olur.