Ziyadxan Əliyevin ölüm səbəbi – Oğlu açıqladı

67d706667ddc367d706667ddc4174214512667d706667ddc167d706667ddc2

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Buzovnada “Xrustalnı” deyilən ərazidə yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Globalinfo.az xəbər verir ki, bu haqda Teleqraf-a Z.Əliyevin oğlu Səttar Əliyev məlumat verib.

“Atam uzun sürən xəstəlikdən əziyyət çəkirdi. İki ay idi ki, səhhəti pisləşmişdi. Bu gün axşam saatlarında vəfat etdi”, – deyə S.Əliyev bildirib.

***21:25

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu məlumat verib.

Onun sözlərinə görə, atası bu gün axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olub. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilib.

Ziyadxan Əliyev Azərbaycan təsviri incəsənətinin araşdırmaçısı kimi də bir sıra əsərlərin müəllifidir.