ChatGPT Image Aug 13 2026 12 58 00 PM

Ümid Partiyasının sədri İqbal Ağazadə “Media Türk”ün efirində çıxışı zamanı deyib ki, İqrar Əliyev və Ziya Bünyadovun yazdığı tarixlər Azərbaycan tarixinə aid deyil:

“Onların düşüncəsinə görə, biz XII əsrə qədər burada olmamışıq. Azərbaycan tarixi yenidən araşdırılmalıdır. Bu tarixlər SSRİ-nin sifarişi ilə yazılıb. Bunlar Azərbaycan tarixinə xəyanətdir”.

Ümumiyyətlə, Azərbaycan tarixi ilə bağlı mübahisələr davam edir. Bu nə qədər realdır? Hansı fikirlərə etibar etmək olar? Tarix saxtalaşdırılıbmı?

Globalinfo.az-a danışan tarixçi-politoloq Faiq Ələkbərli deyib ki, türk xalqlarının Azərbaycana, Anadoluya gəlmə olması ilə bağlı fikirlər anti-türk ruhlu alimlər və tarixçilər tərəfindən uydurulub:

“Bunun heç bir əsası yoxdur. Bu torpaqlarda min illər boyu yaşamışıq, yaşamağa da davam edirik. Azərbaycan, Anadolu, Kərkük, Türküstan, Krım həmişə türk torpaqları olub. Çar Rusiyası, sonra Sovet Rusiyası, eləcə də 1925-ci ildən sonra Pəhləvilər və digərləri, bir çox Qərb alimləri türklərin bu torpaqlara gəlmə olduqlarını iddia edirlər.

Çox təəssüflər olsun ki, bu məsələlərdə İqrar Əliyev, Fəridə Məmmədova kimiləri mühüm rol oynayıblar. Ziya Bünyadov isə bu məsələdə digərləri kimi kəskin mövqedən çıxış etməyib. Lakin İqrar Əliyev Tarix İnstitutunun direktoru olduğu dövrlərdə 7 cildlik Azərbaycan tarixinin 1-2-ci cildlərində bu fikirləri bildirmişdi ki, türklər bu torpaqlara gəlmədirlər. Ziya Bünyadovun fikirlərində isə türklərin gəlmə olması məsələsi əksini tapmır. “Azərbaycan IX-XI əsrlərdə” əsərində orada qeyd olunub ki, Azərbaycan qədimdən türklərin yaşadığı bir diyardır.

Lakin İqrar Əliyev, Fəridə Məmmədova kimi tarixçilərin sözügedən məsələdə irəli sürdüyü fikirlərin heç bir əsası yoxdur.

7 cildlik Azərbaycan tarixinin ilk 6 cildi müstəqillik dövründə nəşr olunsa da, sovet dövründə hazırlanıb. Sovet ideologiyasında 1935-ci ildən sonra Stalinin göstərişi ilə türklərin buraya gəlmə olması ilə bağlı məlumatlar yayılırdı”.

faiq elekberli e1746428830450
Faiq Ələkbərli

Tarixçinin sözlərinə görə, İqrar Əliyev ilk başlarda türklərin qədimdən burada olduğunu yazmağa başlasa da, Moskvanın rəsmi sifarişi əsasında fikirlərini təkzib etməyə başladı:

Azərbaycan bu torpaqlarda hər zaman var olub. Bunu təsdiqləyən bir çox ərəb, İsrail, Roma mənbələri var. “İskit”, Assur mənbələrində “İşquz” adlandırılanlar oğuzlar, qıpçaq türkləri olublar.

Bu kimi yanaşmaların əsas mənfi cəhəti odur ki, bizə torpaqlarımıza gəlmə damğası vurularaq bizi vəhşi, barbar, işğalçı kimi qələmə verməyə çalışırlar. Ölkə daxilində yaşayan digər etnik qrupları bizə qarşı qaldırmaq istəyiblər. Digər etnosların burada olduğunu inkar etmirik. Lakin Atilladan, Səlcuqlardan öncə də biz bu torpaqlarda olmuşuq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: