Zirzəmisi siçovul yuvasına çevrilən bina: sakinlər belə yaşayırlar – VİDEO

2 4 768x403 1

Xətai rayonu Mehmandarov küçəsi 22a binasınında yaşayanlar üfunətdən təngə gəliblər.

Globalinfo.az xəbər verir ki, “ATV Səhər”in həmin binaya üz tutan əməkdaşları bu acınacaqlı vəziyyəti izləyicilərə təqdim edib.

Sakinlərin sözlərinə görə, qışın günündə ağcaqanaq əlindən mənzildə yaşaya bilmirlər:

“Zirzəmimiz su içindədir. Öz hesabımıza 800-850 manat pul toplamışıq, turbaları dəyişmişik. Amma yenə də kanalizasiya çıxan borular köhnə olduğu üçün bu gündədir”.

“Yaşamaq mümkün deyil, rütubət, nəmişlik, siçovul”.

Məsələ ilə bağlı 94 №-li Mənzil Komunal İstismar Sahəsinə üz tutan “ATV Səhər”in əməkdaşları yalnız mühasibatlıq əməkdaşlarından başqa heç kəsi tapa bilməyiblər.

Daha sonra Xətai RİH-nə üz tutan əməkdaşların sualına isə, şöbə müdiri Pənah İmanov cavab verib:

“Həmin məlumat bizə də daxil oldu, dərhal reaksiya verdik. Texnika cəlb edildi və normal hala gətirildi”.

Ətraflı video görüntüdə: