Zirəddindən bu tarixlə bağlı önəmli proqnoz: “Həmin gün evdə oturmaq, çölə çıxmamaq…”

“Ayın 13-ü cümə günü təqvimdə bəlkə də ən mövhumatçı gündür. Bir çox insanlar, o cümlədən ölkəmizdə bu tarixdə nəyisə planlaşdırmaqdan ciddi qorxurlar. Onların ideyalarına görə, hər şey mütləq planlaşdırıldığı kimi getməyəcək”.

Bu sözləri Globalinfo.az-a Rusiyada yaşayan kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

O bildirib ki, ayın 13-nə təsadüf edən cümə gününü evdə oturaraq keçirmək, çölə çıxmaqdan qorxmaq xurafatdır:

“Həmin gün məşhur inancın əksinə, uğurlu gün də ola bilər. Hətta bəzi səmavi kitablarda “666” rəqəminin xalis şərin – İblisin təcəssümü olduğunu açıq şəkildə görə bilərik”.

Ekstrasens numerologiyaya inandığını deyib:

“Numerologiya ezoterizmin ən əhəmiyyətli sahələrindən biridir. “13-cü Cümə günü” ilə bağlı şayiələrə gəlincə, onları bütün məsuliyyətlə yalan adlandırmaq olar. Ümumiyyətlə, müsəlman təqvimində cümə günü ən müqəddəs gündür və xristianlar Hz.İsanın ikinci gəlişini gözlədiyi kimi, İslam dininin daşıyıcıları da Hz.Mehdini gözləyirlər. Müsəlman inancına görə, Mehdi cümə günü dünyamızda zühur edəcək”.

Zaira Akifqızı
Globalinfo.az