Rusiya Dövlət Dumasının deputat köməkçisi, kliniki psixoloq Zirəddin Rzayev Tatarıstana gedib.
Globalinfo.az xəbər verir ki, o, XVI Beynəlxalq İqtisadi Forum – “Rusiya – İslam Dünyası: KAZANFORUM” adlı tədbirdə iştirak edir.
Məlumata görə, burada Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, baş nazirin müavini Şahin Mustafayev və digərləri də yer alır.
Qeyd edək ki, Zirəddin Rzayev kliniki psixologiya və konsultasiya xidməti xaricində, Rusiyada dövlət və ictimai işlərlə də öz fəaliyyətini davam etdirir.
Leyla Əlisoy
Globalinfo.az

