futbol 1

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub.

Globalinfo.az xəbər verir ki, “Zirə” AEK klubuna qalib gəlib. Komandamız turnirin ötənilki qalibi AEK-i 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.

Paylaş: