Zidandan xəbər var

Fransalı baş məşqçi Zidan “Yuventus”da işləmək üçün beş milli komandadan imtina edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “L” nəşri məlumat yayıb.

Bildirilib ki, Zidan məşqçilik karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirmək istəyir.

Mütəxəssis bu məqsədlə Portuqaliya, Braziliya, ABŞ, Qətər və Birləşmiş Ərəb Əmirlikləri yığmalarına rəhbərlik etmək təklifindən imtina edib.

Qeyd edək ki, Zidan 1996-2001-ci illərdə “Yuventus”da çıxış edib. Komanda ilə birlikdə iki dəfə İtaliya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb