Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq

“Real”ın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, məlumatlara görə, 50 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası (FFF) ilə müqavilə imzalayıb. Qərar qəbul edilib və milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatındakı nəticələrindən asılı olmayacaq.

O, Didye Deşamı əvəz edəcək. 54 yaşlı menecerin rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu olub.

Zidanın bütün məşqçilik yolu “Real”ın strukturunda olub. Baş məşqçinin fəaliyyəti dövründə “Real Madrid” iki dəfə İspaniya çempionu (2016/2017, 2019/2020), üç dəfə Çempionlar Liqasının qalibi (2015/2016, 2016/2017, 2017/2018), UEFA superkubokunun qalibi olub, İspaniya Superkuboklarını (2017, 2019/2020) və Klublararası Dünya Kubokunu (2016) qazanıb.

Hazırda FİFA milli komandalarının ümumi reytinqində Fransa millisi dördüncü yerdədir.