Xəbər verdiyimiz kimi, bu gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan silahlı qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, onlardan birinin kimliyi açıqlanıb.
Erməni mediası bildirir ki, yaralanan hərbçi Artur Armeni Azroyandır. Onun 21 yaşı var. Azroyanın vəziyyətinin orta-ağır olduğu deyilir. Digər yaralı erməni hərbçinin kimliyi barədə hər hansı məlumat verilməyib.