Zəngilanda 30 ildən sonra ilk toy… – VİDEO

Zəngilanın Ağalı kəndində 30 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

Globalinfo.az xəbər verir ki, bəyin atası Baloğlan İsmayılov bu xoş gündə təəssüratlarını AZƏRTAC-la bölüşüb:

“Bu günləri çoxdan arzulayırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımız, qəhrəman ordumuz sayəsində bu günləri yaşayırıq. Çox həsrətini çox çəkmişdik. Bu, bizim arzularımız idi, onlar çin oldu.

Şükürlər olsun ki, öz kəndimizdə toy edirik. Qarabağ torpağına toy yaraşır, “Cəngi” yaraşır. Bəyimiz də, mən də döyüşçü olmuşuq. İkimizin də arzusu olub ki, bu torpaqlarda yaşayaq. İndi o arzumuz gerçəkləşib”.

Qeyd edək ki, yenidən qurulan Ağalıda 871 sakin yaşayır.