“Zəngəzur dəhlizi”nin keçid məntəqələri üzərində iş aparılır – Şahin Bağırov

“Zəngəzur dəhlizi”nin istifadəyə verilməsi üçün dövlətimiz tərəfindən ciddi işlər görülür. Dövlət Gömrük Komitəsi (DGK) olaraq biz də bu proseslərin içindəyik. Hazırda “Zəngəzur dəhlizi”ndə keçid məntəqələrinin üzərində iş aparırıq.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nın sədri Şahin Bağırov deyib.

“Eyni zamanda, yeni layihələr üzərində iş aparırıq və artıq növbəti mərhələdə tikinti işlərinə başlanacaq” – deyə, Şahin Bağırov əlavə edib.