Türk nazirdən Zəngəzur dəhlizi açıqlaması: İki variant var

“Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı bir problem olarsa, bu marşrutun İran ərazisindən keçməsi ehtimalı var”. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan İran tərəfi ilə bu məsələdə təmasdadır:

“Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var və bu alternativlərin hər ikisi hazırda masadadır. Azərbaycan tərəfi tikinti işlərini davam etdirir. Naxçıvan və bizim tərəfdəki işlər üçün tender keçirilib. 106 kilometrlik yol bərpa ediləcək və ya yenidən qurulacaq. Dediyim kimi, hər iki alternativ masadadır”.