Zəlzələyə görə Bakı məktəblərində dərslər dayandırıldı? – AÇIQLAMA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi zəlzələ ilə bağlı məlumat yayıb.

Qurumdan Globalinfo.az-a bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edib:

“Hazırda həm Bakı Şəhər Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədris davam etdirilir”.

***10:01

“Bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər”.

Bu barədə Globalinfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Hadisə zamanı məktəblərdə lazımı tədbirlərin görüldüyü bildirilib:

“Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub. Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb”.

Xatırladaq ki, Xəzər dənizində baş verən 5,6 bal zəlzədən sonra şagirdlərin məktəblərdən evə göndərildiyinə dair görüntülər yayılmışdı.