Zəlzələdən sonra marketin tavanı uçdu – VİDEO

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib.

Globalinfo.az baku.vs-ə istinadən bildirir ki, yeraltı təkanlar zamanı marketin tavanı uçub və məhsulların üzərinə tökülüb.

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.