Zəlzələdən qorxuya düşən qadının fəryadı: “Öldülər…” – VİDEO

Türkiyənin Hatay vilayətində baş verən güclü zəlzələ əhalini təşvişə salıb.

Globalinfo.az xəbər verir ki, yerlatı təkanlar nəticəsində bir neçə binanın dağıldığı, uçqun altında qalanların olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan bir videoda zəlzələdən qorxuya düşən qadının “öldürlər” deyə fəryad etməsi anı əksini tapıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə – Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.