Zəlzələdə ölən qızın vəsiyyəti təsirləndirdi – VİDEO

Türkiyədə baş verən zəlzələlər zamanı Hatayda dağıntılar altında qalaraq həyatını itirən Ayşəgül Çinin vəsiyyəti tapılıb.

Globalinfo.az Metbuat.az-a istinadən xəbər verir ki, qız hələ zəlzələdən əvvəl vəsiyyətini yazıbmış.

O qeyd edib ki, həyatını itirəcəyi halda çantdakılar hamısı anasına verilsin. Qızıllarının isə həcc ziyarəti üçün istifadə edilməsini vəsiyyət edib.

Qızın anası da zəlzələdə həyatını itirdiyi üçün çantada saxladığı dəyərli əşyalar qardaşına təhvil verilib.