Zəlzələdə həlak olan tələbələrdən biri həkim övladıdır

Türkiyədə zəlzələdə həlak olan tələbələrdən biri – Hümam İsmayıllı həkim övladıdır.

Globalinfo.az xəbər verir ki, Hümam İsmayıllının Sumqayıt Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi, pediatr Rəmziyyə İsmayılovanın oğlu olduğu bildirilib.

Sumqayıt Tibb Mərkəzi həkimə övladının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.