Zəlzələdə dağılan binalara görə həbs olunanların SAYI

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağılan binalarla əlaqədar aparılan istintaq tədbirləri çərçivəsində 188 nəfər həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 16 şübhəlinin həyatını itirdiyi, 5 nəfərin isə ölkə xaricində olduğu müəyyənləşib.