Zəlzələ Suriyanı da dağıtdı: 1 060 ölü, 2 400-dən çox yaralı – YENİLƏNDİ

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 060 nəfərə çatıb.

Bu barədə “Asharq Al-Awsat” telekanalı məlumat yayıb.

Yaralı sayı 2 400 nəfər təşkil edir.

***

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960-ı ötüb, daha 2 400 nəfər yaralanıb.

***

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin sayı 538-ə çatıb, 1 300 mindən artıq insanın yaralanıb.

***

12:08

Suriyada güclü zəlzələdə ölənlərin sayı 427-yə çatıb.

***
10:27

Suriyanın şimalında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan başqa, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***
09:45

Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ Suriyada da hiss olunub.

Globalinfo.az xəbər verir ki, zəlzələ nəticəsində Suriyada 100-dən çox insan həlak olduğu bildirilib.

200-dən çox insan yaralanıb.

Həmçinin 20-dən çox bina çöküb.