Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

“Volodimir Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunub”, – məlumatda deyilir.

Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi dəqiqləşdirilib. Ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb.

Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir.