Zelenskiyə pis xəbər – Əsas müttəfiqi geri çəkilir

zelenski 2

“Yaxın Şərqdəki vəziyyət ABŞ üçün Ukrayna münaqişəsindən daha vacibdir”.

Globalifo.az xəbər verir ki, bunu hərbi və siyasi analitik Mark Sleboda deyib.

“Vaşiqnton hazırda istiqamətini dəyişib. Belə ki, ABŞ Ukrayna üçün nəzərdə tutduğu silahları Yaxın Şərqə yönəldir. Birləşmiş Ştatlar indi öz qüvvələrini onlar üçün daha perspektivli olan region üçün istifadə edəcək. Düşünürəm ki, Ağ Ev Ukrayna böhranını Avropaya təhvil verəcək”, – bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ-ın Yaxın Şərqdəki bazalarının mühafizəsini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini Ukrayna ərazisindən çıxardığını açıqlamışdı.

Sözügedən vəziyyətin Kiyevə mənfi təsir edəcəyi iddia edilir. Bildirilir ki, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və ölkəsinin taleyi sual altında qalır.

Əliyar Xəlil
Globalinfo.az