2025 07 17T131535Z 1693809087 RC25LEA611ZI RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY DRONES pic 32ratio 900x600 900x600 87173

“Ukraynanın məqsədi ABŞ-NATO razılaşması çərçivəsində ayda bir milyard dollar almaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Kiyevin tərəfdaşları avqust ayından bəri ABŞ-ın Ukrayna üçün bir neçə silah paketini maliyyələşdirib. Bu ölkələr arasında Hollandiya, Danimarka, Norveç, İsveç və Kanada da var. Hazırda Belçika, Litva, Latviya, Estoniya, İslandiya və Lüksemburq Ukraynaya gələcək yardım paketinə töhfə verməyə hazır olduqlarını bəyan ediblər”, – deyə o bildirib.

Sentyabrın 18-də Ukraynanın “Public” nəşri qeyd edib ki, ABŞ və NATO arasında müqavilədə nəzərdə tutulan ilk hərbi texnika Ukraynaya gəlib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: