Zelenskij

Kiyevin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Ukraynaya qayıtmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “NV.ua” məlumat yayıb.

Bildirilib ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə xəbər verib.

“Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı yanvarın əvvəlində Londondakı diplomatik vəzifəsini tərk etməyə hazırlaşır. Zalujnı bir neçə həftə əvvəl Prezident Zelenskiyə istefa verdiyini bildirib”, – deyə nəşr yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: