zelenski9

Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin bir bölməsinə “Ukrayna Üsyançı Ordusu” (UPA) adını verməsi Polşa ilə ciddi qalmaqala səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

“Zelenskinin imzaladığı fərman Varşava və Kiyev arasında münasibətləri yenidən gərginləşdirib. Polşa UPA-nı İkinci Dünya müharibəsi dövründə on minlərlə polyakın qətliamında iştirak etməkdə günahlandırır.

Qərar Polşa Prezidenti Karol Navroçki, Baş nazir Donald Tusk və keçmiş dövlət başçısı Lek Valesa tərəfindən sərt tənqid olunub. Navroçki hətta Zelenskinin Polşanın ən yüksək dövlət mükafatından məhrum edilməsini müzakirəyə çıxarmağı təklif edib.

Lek Valensa isə etiraz əlaməti olaraq sinəsində daşıdığı Ukrayna bayrağını çıxardığını və artıq Zelenskini dəstəkləməyəcəyini açıqlayıb”, – deyə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: